İllərdir yaxınlarının qadağasına görə bunu edə bilməyən qadın 80 yaşında istəyinə çatdı - VİDEO

11 Yanvar 2019 11:04

Sosial şəbəkələrdə yayılan video maraq doğurub, qısa zamanda "trend" videolar sırasına daxil olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, videoda illərdir qadağaya görə saç rəngini dəyişə bilməyən qadının bunu ilk dəfə etdiyi üçün sevincək halda olması əks olunub.

Əvvəllər valideynlərinin, sonra da ərinin qadağasına görə saçlarını boyaya bilməyən qadın 80 yaşında saç rəngini dəyişib.

Braziliyada yaşayan qadının adı Alayde Menna Barretodur. O, ölməzdən əvvəl ən böyük istəyini gerçəkləşdirmək qərarına gəlib və saçlarını yaşıl rəngə boyayıb.

Onun nəvəsi bildirib ki, babası öldükdən sonra qadın saç rəngini dəyişmək fikrini qətiləşdirib. Qız bildirib ki, hazırda təqaüddə olan nənəsi əvvəllər müəllim işləyib.

Fuad
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İllərdir yaxınlarının qadağasına görə bunu edə bilməyən qadın 80 yaşında istəyinə çatdı