"Ya “Real”a, ya da “Çelsi”yə gedəcək" - Arvadı açıqladı

11 Yanvar 2019 20:45

"İnter"in futbolçusu Mauro İkardinin həm həyat yoldaşı, həm də meneceri olan Vanda Nara Argentina mətbuatına açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 25 yaşlı forvardın gələcəyiylə bağlı danışan Nara argentinalı futbolçunun "İnter"dən ayrılacağının mesajını verib:

"İnter"dən aldığımız yeni müqavilə təklfini qəbul etmədik. İkardi "İnter"lə olan müqaviləsinin müddətini artırmayacaq. Karyerasını "Real"da, ya da "Çelsi"də davam etdirəcək".

"İnter"lə 2021-ci ilin yayına qədər müqaviləsi ola İkardi, cari mövsümdə 22 qarşılaşmada iştirak edərək, 13 qol vurub.

Milli.Az