Tokio metrosunda robotlar yardım edəcək - FOTO

11 Yanvar 2019 15:45

Tokio metropolitenində robotlar sərnişinlərə yardım edəcəklər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1,8 metr hündürlükdəki android robotlar 2020-ci ildə, Tokioda Olimpiya Oyunlarının ilk günündə "işə" başlayacaqlar.

Robotlar metropolitenin iki stansiyasında sınanıb və sərnişinlər razı qalıblar.

İngilis, yapon, çin və Koreya dillərində danışacaq robotlar məlumat-arayış funksiyalarını yerinə yetirəcəklər. Onlar, ilk növbədə, turistlərə yardım üçün nəzərdə tutulublar.

"Arisa" adlı belə robot 2017-ci ildə keçirilmiş "International Robot Exhibition" sərgisində nümayiş olunmuşdu.

Milli.Az