Günəşdən 1 milyon dəfə ağır "inək" doğuldu - VİDEO - FOTO

11 Yanvar 2019 14:19

Yerdən 200 milyon işıq ili uzaqlıqdakı Herkules ulduz topasında həddən ziyadə parlaq partlayış olub.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agenliyinin (NASA) alimləri bu partlayışı "AT2018cow" və ya sadəcə, "İnək" adlandırıblar.

Milli.Az ScienceAlert-ə istinadən bildirir ki, amerikalı alimlərin fikrincə, yeni neytron ulduz və ya qara dəlik doğulub.

"AT2018cow" olayı 2018-ci ilin iyul ayında yaşanıb. ATLAS layihəsi çərçivəsində çalışan astronomların qeydə aldıqları partlayış o qədər parlaq idi ki, bəzi alimlər partlayışın Süd Yolunda baş verdiyini düşünüblər.

Lakin daha sonra bəlli oldu ki, hadisə Herkuloes ulduz topasında, GCG 137-068 qalaktikasında baş verib.

Araşdırmalarda "Global Relay of Observatories" komandasında və CSIRO layihəsində çalışan alimlər iştirak ediblər. Onların hesablamalarına görə, partlayış nəticəsində yaranmış zərbə dalğası 1/10 işıq ili sürəti ilə yayılıb.

Bu isə Günəşdən yüz min dəfələrlə ağır kütləyə malik ifrat böyük qara dəliyin yaranması da ola bilər.

Bəzi alimlər isə "Qara inək" adlanan massivin kütləsinin Günəşdən 1 milyon dəfə artıq olduğunu bildirirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Günəşdən 1 milyon dəfə ağır