Qazanxanada yanğın olub

11 Yanvar 2019 08:52

Qazaxda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 20 m² olan qazanxananın içərisində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar yanıb.

Qazanxana yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az