ABŞ Baltik dənizinə raket çıxardı

10 Yanvar 2019 23:33

ABŞ Hərbi Dəniz Donanmasına məxsus "USS Grevli" esminesi 56 "Tomahavk" qanadlı raketi birgə Baltik dənizinə daxil olub.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Sözügedən esmines NATO hərbi-dəniz qrupunun ilk daimi flaqmanı hesab olunur.

"USS Grevli"nin Danimarka boğazlarından keçərək Baltik dənizinə gəldiyi deyilib.

Bundan əlavə, qeyd edək ki, esmines 2016-cı ildə Aralıq dənizində Rusiya donanmasına aid "Yaroslav Mudriy" qarşısında təhlükəli manevrlər etmişdi.

Milli.Az