Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb

10 Yanvar 2019 22:21

Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az