Yapon qadın İstianbulda intihar etdi - Məktubu üzə çıxdı

10 Yanvar 2019 22:07

Yapon əsilli turist qadın İstanbulun Fatih məhəlləsində qaldığı oteldə intihar edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hamam otağındakı borulardan özünü asaraq intihar edən 30 yaşlı Sion Hatanın yapon və ingilis dillərində iki məktubu tapılıb. İngilis dilində olan məktubda ad və soyadını yazan qadın otel işçilərindən narazı qalmadığını bildirib.

Yaponca olan məktubda isə intiharına səbəb olan sevgilisilə aralarında yaşanan münaqişə barədə məlumat verib.

Olayla bağlı mərhumun ailəsinə məlumat verilib.

Milli.Az