Riberi zədələndi

10 Yanvar 2019 21:24

"Bavariya"nın futbolçularından Frank Riberi zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin məşqində xəsarət alıb. Almaniya mətbuatı onun yaşıl meydanlara  2 həftədən sonra qayıdacağını yazıb.

Qeyd edək ki, fransalı futbolçu bu mövsüm Bundesliqada 14 oyuna 4 qol vurub.

Milli.Az