Seleznyov İspaniya klubunda

10 Yanvar 2019 21:23

Türkiyənin "Akhisar" klubundan ayrılan Yevgeni Seleznyov karyerasını İspaniyada davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu  Sequnda təmsilçisi "Malaqa"da çıxış edəcək. Klubun saytı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Ukrayna millisinin üzvü "Şaxtyor", "Dnepr", "Kuban", "Karabükspor" kimi klublarda oynayıb.

Milli.Az