“Lion” prezidentindən PSJ-yə: “Ruhunu satan”...

10 Yanvar 2019 21:18

Fransanın "Lion" klubunun prezidenti Jan Mişel Olas, PSJ-yə sətiraltı mesaj göndərib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Fransa mətbuatına açıqlama verən klub prezidenti, "Lion"un ölkədə "ruhunu satmayan" nadir klublardan olduğunu deyib:

"Fransada ruhunu satmayan bizdən daha yaxşı klub yoxdur. Sadəcə, ruhunu satan bir klub bizdən irəlidədir. Bununla qürur duyuruq".

"Lion" Liqa 1-də 32 xalla 3-cü pillədə qərarlaşıb və lider PSJ-dən 15 xal geridədir.

Milli.Az