Buna görə qürur duymaları lazımdır - Qvardiola

10 Yanvar 2019 21:17

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Barton"a 9:0 hesabıyla qalib gələn "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, matçdan sonra açıqlama verib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, 47 yaşlı mütəxəssis "Barton"un turnirdə inanılmaz çıxış etdiyini deyib:

"Nəticə olaraq finaldayıq, amma ikinci oyunu da oynamalıyıq. O oyuna da ciddi yanaşacağıq. Məncə, "Barton" turnirdə inanılmaz çıxış etdi. Buna görə qürur duymaları lazımdır".

İspan mütəxəssis zəif rəqiblərə qarşı oyunların asan keçmədiyini də deyib:

"Belə matçlarda aşağı səviyyəli komandalarla oynamaq asan olmur. Rəqibi dəyərləndirdik və yaxşı oyun göstərdik. İkinci və üçüncü qoldan sonra işimiz daha da asanlaşdı".

Milli.Az