Şəmkirdə ağır qəza: 2 gənc oğlan öldü - YENİLƏNİB

10 Yanvar 2019 20:05

20:05

Şəmkir rayonunda ağır yol qəzası baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Yeniabad kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Nüsrət Rzazadənin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Raul İsazadə hadisə yerində ölüb. N.Rzazadə isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

---------
19:00

Şəmkir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az report-a istinadən bildirir ki, "Mercedes-Benz" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 2 nəfər ölüb.

Hazırda onların hər ikisinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az