Dubayda Azərbaycan Ticarət Evinin açılışı təxirə salındı - SƏBƏB

10 Yanvar 2019 19:20

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılışı qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, Ticarət Evinin açılışı texniki səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, Ticarət Evinin açılışı yanvarın 10-a nəzərdə tutulmuşdu.

Milli.Az