Tayvan hökuməti istefa verir

10 Yanvar 2019 18:50

Tayvanın baş naziri Uilyam Lay yanvarın 11-i hökumətlə birgə istefa verəcəyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, onun bu qərarı ötən ilin noyabrında bələdiyyə seçkilərində məğlubiyyətlə əlaqədardır.

U.Lay bildirib ki, Tayvan prezidenti Tsay İnven tezliklə yeni baş nazirin adını açıqlayacaq.

Milli.Az