"Barselona" uduzdu - VİDEO - FOTO

11 Yanvar 2019 07:21

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə bir görüş baş tutub.

"Valensiya" səfərdə "Sportinq"lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

İkinci oyun günündə daha dörd görüş keçirilib. "Atletiko" səfərdə "Jirona"yla, "Vilyarreal" isə evdə "Espanyol"la heç-heçəyə razılaşıb. "Xetafe" "Real Sosyedad"ı minimal hesabla məğlub edib. "Real" isə "Leqanes"lə görüşdə darmadağına imza atıb.

Son günə 3 qarşılaşma təsadüf edib. "Sevilya" səfərdə "Atletik" üzərində inamlı qələbəyə sevinib. "Betis" - "Real Sosyedad" qarşılaşmasında hesab açılmayıb. Günün ən gözlənilməz nəticəsi isə "Levante" - "Barselona" matçında qeydə alınıb. Kataloniya təmsilçisi səfər matçından məğlubiyyətlə ayrılıb.

İspaniya Kuboku, 1/8 finalın ilk oyunları

8 yanvar

Sportinq - Valensiya 2:1

9 yanvar

Jirona - Atletiko 1:1

Xetafe - Real Valyadolid 1:0

Vilyarreal - Espanyol 2:2

Real - Leqanes 3:0

10 yanvar

Atletik - Sevilya 1:3

Betis - Real Sosyedad 0:0

Levante - Barselona 2:1

Qollar: Erik Kabako (4), Borha Mayoral (18); Filippe Koutinyo (85, pen.)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Levante - Barselona 2:1