"Rəqib varsa, qarşıma çıxsın"

10 Yanvar 2019 20:40

Merve Boluğur ötən gün Nişantaşı bölgəsində obyektivlərə tuş gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, uzun müddətdir efirdən uzaq qalan Boluğurun aktrisalıqdan uzaqlaşması iddia edilib. Aktrisaya bununla bağlı suallar verilib. 

Merve "İncələyib, sıx düşünən biriyəm. Bir növ aludəçi oluram. Ürəyimə yatan bir layihədə yer almaq istəyirəm" deyib. 

Yeni ilə oyun oynayaraq girdiyini söyləyən aktrisa "İddialıyam, heç kimə oyun vermərəm. Rəqib varsa, çıxşın qarşıma" sözlərini əlavə edib.

Milli.Az