Amerikalı məşhur boksçu Məhəmməd Əlinin Miçiqan ştatında yerləşən 40 illik evi satılıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, evi Mərkəzi Nyu-Yorkda yerləşən Türkiyə Gənclik və Təlim Xidməti Vəqfi (TÜRKEN) alıb.
"Çikaqo Tribuna" qəzetində yer alan xəbərə görə, evi Məhəmməd Əlinin həyat yoldaşı Lonni Əli satıb. Evin 4 yataq otağı, boks rinqi də olan idman salonu, basketbol sahəsi və hovuzu var. Ev, ümumilikdə, 7 binadan ibarətdir.
Qeyd edək ki, 2016-cı ildə dünyasını dəyişən Məhəmməd həmin evi 1970-ci illərdə 400 min dollar alıb. O, bu evi hər kəsdən və hər şeydən uzaqda yaşamaq üçün istifadə edib.
Milli.Az