2 ay əvvəl efirdə dalaşmışdılar, indi qucaqlaşdılar - FOTO

10 Yanvar 2019 17:14

Bir neçə ay əvvəl canlı yayımda dava edən rəqqasə Fatimə Fətəliyeva və əməmkdar artist Vasif Məhərrəmli birlikdə kamera qarşısına keçib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər birlikdə "Ən yaxşısı" verilişinə qonaq olublar. Fatimə barışdıqlarını bir daha nümayiş etdirərək, bunları deyib:

"İnsanlar düşünər ki, iki ay əvvəl efir qarşısında bir-birinə nələr dedilər. Evdə də olur ailə üzvləri bir-birini başa düşmür. Vasif bəydə də mənə qarşı yanlış məlumat olmuşdu. Jest etdi, kübarlığını göstərdi".

Vasif isə "Hər şey arxada qaldı" deyib. 

Qeyd edək ki, sənətçilərin küsməsinə səbəb müğənni Xatun Əliyeva olub. Xatunla dava edən Fatimədən Vasif də küsüb. "Hər şey daxil" verilişində V.Məhərrəmli Fatimənin ünvanına "Fatiməni Şəmkirdə olan bir toyun xınasına dəvət etdim. Çox qətiyyətsiz insandır. Birinci başqa, ikinci dəfə isə mənə fərqli qiymət dedi. Sonra tədbirdə Fatimə mənə salam vermədi. Həmin ərəfədə də Xatunla dalaşıblar. Məni niyə qatırsız? Üstündən bir müddət keçdi, toyda aş gətirirdi. Hamı kimi aş gətirir da, özəl bir şey etmir. Şadlıq evinin aşverənidir da..." sözlərini demişdi.

Onun sözlərini kəsən Fatimə "Ağzınızın danışığına fikir verin. Şadlıq evinin aşgətirəni deyiləm. Danışıq qabiliyyətin olsun" deyərək, əsəbi cavab verib.

Milli.Az