Belarus və Rusiya birləşir? - Lukaşenkonun cavabı

10 Yanvar 2019 15:37

Belarus və Rusiyanın vahid dövlətdə birləşməyi məsələsi gündəmdə deyil.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin iclası zamanı deyib.

A.Lukaşenko bildirib ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə də müzakirə olunub: "Biz Rusiya prezident ilə birmənalı şəkildə müəyyələşdirdik ki, Belarus və Rusiyanın birləşməsi məsələsi gündəmdə yoxdur".

Belarus prezidenti əlavə edib ki, iki dövlətin ittifaqı yalınız bərabərhüquqlu əsasda inkişaf edə bilər.

Milli.Az