Rusiyanın hərbi peyki səmada yanıb

10 Yanvar 2019 16:21

Rusiyanın hərbi peyki - "Kosmos-2430" orbitdən çıxıb və atmosferdə yanıb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hadisə yanvarın 5-də baş verib.

Faktı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Nazirliyin məlumatına görə, 2007-ci ildə kosmosa buraxılan peyk 2012-ci ildə Rusiya orbital qruplaşmasının tərkibindən çıxarılıb. Bu ilin yanvar ayında o, plana əsasən orbitdən endirilib.

Qurğu atmosferin sıx qatlarında, Atlantik okeanı üzərində, təxminən 100 kilometr hündürlükdə tamamilə yanıb.

Milli.Az