Oğru qadının digər cinayəti üzə çıxdı

10 Yanvar 2019 16:03

Bakıda oğurluğa görə tutulan qadının digər cinayəti də üzə çıxıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Gülnarə Novruzovanın ətrafında Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 25-də paytaxt sakini olan bir qadının çantasından 225 manat və 100 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Milli.Az