Ana yeni doğulmuş körpəsini döyərək öldürdü

10 Yanvar 2019 16:07

Rusiyanın Omsk vilayətinin İstintaq Komitəsi 33 yaşlı Novouralsk kənd sakininə qarşı cinayət işi başlayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb. 

Bildirilib ki, üç uşaq anası yanvarın 7-dən 8-nə keçən gecə evdə qız övladı dünyaya gətirib. Naməlum səbəblərdən 33 yaşlı qadın yeni doğulmuş körpəsini döyüb və nəticədə uşaq ölüb. Hadisə yerinə gələn tibb işçiləri körpəyə kömək edə bilməyiblər. 

Hazırda hüquq-mühafizə orqanları baş vermiş hadisənin araşdırılması ilə məşğuldur.

Milli.Az