Bakıda evdən 12 min dollar və qızıl-zinət əşyaları oğurlandı

10 Yanvar 2019 15:08

Bakıda evdən 12 min dollar və qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Suraxanı rayon Polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 12 000 ABŞ dolları, qızıl-zinət əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Milli.Az