"Barselona"dan 21 yaşlı futbolçuya 75 milyon avro - 5 illik müqavilə imzalanacaq

10 Yanvar 2019 18:58

"Barselona" heyətinə daha bir futbolçu cəlb etmək üzrədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu "Ayaks"ın futbolçusu Frenki de Yonqun transferi üçün Hollandiya təmsilçisi ilə razılığa gəlib.

Razılığa əsasən, "Barsa" 75 milyon avro təzminat ödəyəcək. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, De Yonqla PSJ, "Bavariya" və "Mançester Siti" də maraqlanırdı.

Milli.Az