Dələduzluq edən kişi serial aktyoru çıxdı

10 Yanvar 2019 14:36

Dələduzluq edən dəstənin başçısı aktyor imiş.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Diyarbəkir vilayətində dələduzluq edən 9 nəfərlik dəstənin başında dayanan şəxsin seriallara çəkildiyi məlum olub.

Hüseyin K. adlı şəxsin bir zamanlar reytinq rekordları qıran serialda həkim roluna çəkildiyi aşkarlanıb.

O, 2014-cü ildə fırıldaqçılıqla əldə etdiyi 20 milyon türk lirəsini götürərək aradan çıxıb.

Fuad
Milli.Az