Lənkəran sakini qısqanclığa görə həmkəndlisini bıçaqladı

10 Yanvar 2019 14:18

Lənkəran rayon sakini həmkəndlisini bıçaqlayıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Osakücə kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 34 yaşlı Elsevər Paşa oğlu İsmayılov həmkəndlisi tərəfindən bıçaqlanıb. 

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Hadisəni törədən şəxsin kimliyi açıqlanmasa da polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az