Əməkdar artist şəhid ərinin görüntülərini paylaşdı - VİDEO

10 Yanvar 2019 12:25

Əməkdar artist Gülüstan Əliyeva instaqram-da Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı Zahid Əhmədovun görüntülərini yayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi şəhidin 10 yanvar tarixində doğum günü olduğunu qeyd edib. 

G.Əliyeva, əvvəlcə Z.Əhmədovun dostları ilə videosunu paylaşaraq belə şərh yazıb: "Unudulmayanlar! Sizləri unutmadıq, vətən üçün doğulduğunuz üçün vətən üçün öldünüz. Bu gün Cəbrayılın igid oğlu Zahid Əhmədovun doğum günüdür. Videoda danışan şəxslər isə şəhidlərimizdir". 

Xanəndə-müğənni daha sonra mərhum ərinin fotosunu paylaşıb və "doğum günün mübarək şəhidim" şərhini yazıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Əməkdar artist şəhid ərinin görüntülərini paylaşdı