1700 illik qəbirdə qorxunc kəşf - FOTO

11 Yanvar 2019 08:20

İngiltərənin Saffolk bölgəsində arxeoloqlar 1700 il əvvələ aid Roma dövrünün məzarını qazıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, antik Roma məzarlığını qazan arxeoloqlar qorxunc bir kəşfə imza atıblar. Məzarda başları bədənindən ayrılmış skeletlər tapılıb.

Qəbirlərdə 52 skelet aşkar edilib. Onlardan 17-sində kəllə sümüyü ya ayaqların yanında, ya da arasında olub. Arxeoloq Endryu Piçey bildirib ki, bu, qədim Roma dəfn adətlərinə aid "sehrləyici bir baxış bucağı"dır. IV əsrə aid Roma qəbirstanlığı çox ehtimal ki, yaxınlıqdakı yaşayış məskənində yaşamış kişi, qadın və uşaqların dəfn edildiyi yerdir.

Alim qeyd edir ki, dəfn edilənlər edam edilən şəxslər deyil. Fərd öldükdən sonra onların başlarını gövdədən ayırıblar. Tədqiqatçılar bu adətə sahib əhali haqqında məlumat əldə etmək üçün sümükləri analiz edirlər.

Qeyd edək ki, Saffolk əyaləti I əsrdə Roma işğalına qədər İceni qəbiləsinin nəzarətində olub. I əsrdən V əsrə qədər isə Norviç yaxınlığındakı Kolçester və Keystordakı əsas Roma yaşayış məntəqələri arasındakı ərazi idi.

Milli.Az