Fransada güclü yanğın: yanğınsöndürənlər də xəsarət alıblar

10 Yanvar 2019 11:02

Fransanın Tuluza şəhərində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə gecə saatlarında köhnə yaşayış binasında qeydə alınıb. Əraziyə 90 yanğınsöndürən cəlb olunub. Bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində 19 nəfər, o cümlədən iki yanğınsöndürən xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri açıqlanmır.

Binanın XX əsrin əvvəllərində tikildiyi bildirilir.

Milli.Az