Handenin anasının vəziyyəti pisləşdi

10 Yanvar 2019 20:04

Xəbər verdiyimiz kimi, aktrisa Hande Erçelin anası xərçəng xəstəliyinə tutulub və hazırda müalicə alır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, dünən Handenin anası Aylin Erçelin vəziyyəti pisləşib. Bunu eşidən aktrisa çəkiliş meydançasından anasının yanına yollanıb. 

Bundan bir neçə gün əvvəl isə Erçel onun haqda "Hər şey yolundadır. Yaxşılaşır" sözlərini demişdi.

Qeyd edək ki, Hande həm də anasının kök hüceyrələr donoru olacaq.

Milli.Az