"Peugeot" və "Citroen" avtomobilləri geri çağırılıb

10 Yanvar 2019 11:26

"Pejo Sitroen Rus" şirkəti Rusiyada 3 minə yaxın "Peugeot" və "Citroen" avtomobilini geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərdə bır sıra problemlərlə, əyləc sistemində və arxa qapıların bərkitmə sistemində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək Rusiyada satılmış "Citroen C4 Aircross" və "Peugeot 4008" modellərinə şamil olunur.

Qeyd olunur ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az