"Ronaldu zorba, yalançı və psixdir" - Kriştianunun başı dərddədir

10 Yanvar 2019 10:18

Kriştianu Ronaldunun keçmiş sevgilisi Jasmin Lennard şok paylaşımla gündəmə gəlib.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, 10 il əvvəl Ronaldu ilə eşq həyatı yaşayan ingilis model Tvitter hesabı vasitəsilə portuqaliyalı futbolçu barədə inanılmaz ittihamlar səsləndirib.

34 yaşlı superulduzla sonuncu dəfə 18 ay əvvəl görüşdüyünü yazan Lennard onu belə qələmə verib: "Ronaldu zorba, yalançı və psixdi. Təcavüzlə bağlı məhkəmədə Katrin Mayorqaya kömək edəcəm. Deyəcəyim sözlərə heç kim inanmazdı. Yaxşı ki, ağıllı qızam, əlimdə çox dəyərli mesaj və sübutlar var. İnsanlar Ronaldunun necə biri olduğunu bilsəydilər, şoka düşərdilər. Artıq yerimdə oturub onun yalan danışmasını izləməyəcəm".

Qeyd edək ki, model Katrin Mayorqa məhkəməyə müraciət edərək, Kriştianu Ronaldunun 2009-cu ildə Las-Veqasda onu zorladığını iddia edib.

Milli.Az