Yol işarəsi anidən avtomobilin üstünə düşdü - FOTO

10 Yanvar 2019 10:45

Magistral yolda istiqamət göstərən iri lövhə hərəkətdə olan avtomobilin üzərinə düşüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, anidən avtomobilin üstünə düşən lövhə onu yararsız hala salıb. Avtomobilin üstü əzilib, şüşələri qırılıb. Xoşbəxtlikdən sürücü, sadəcə, yüngül bədən xəsarəti alıb.

Hadisə Avstraliyanın Melburn şəhərindəki 6 zolaqlı yolda baş verib.

Qəzanın baş verdiyi anlar təhlükəsizlik kameralarına düşüb.

Milli.Az görüntüləri təqdim edir:

Fuad
Milli.Az