Zaurdan İBRƏTAMİZ ADDIM - Hələ belə edən olmamışdı - FOTO

10 Yanvar 2019 09:06

Aparıcı Zaur Kamal verilişinə gələn tamaşaçılara etdiyi jesti ilə diqqətləri üzərinə çəkib.

Milli.Az xəbər verir ki, aparıcı havaların soyumağa başladığını, bu səbəbdən Xəzər telekanalına axşam saatlarında gəlib-getməyin problem olacağını nəzərə alaraq maraqlı təklif irəli sürüb.

Zaur canlı yayımda tamaşaçıların rahat gediş-gəlişini təşkil etmək üçün rəhbərlikdən iki avtobus ayırmasını xahiş edəcəyini bildirib:

"Axşam 9-dan sonra hava çox sərt olacaq. Bilmirəm necə gedəcəksiniz. Rəhbərlikdən xahiş edim sizə iki avtobus ayırsın, onunla gedin, gəlin. Qışdır da".

Onun bu fikri hər kəsin alqışı ilə qarşılanıb. 

Məhəmməd Vaqif
Milli.Az