Yenicə işi qurtarmışdılar ki... - VİDEO - FOTO

10 Yanvar 2019 19:10

Dükanın qarşısındakı səkinin üzlüyünü dəyişən və səkini yenidən betonlayan iki usta işlərini yenicə qurtarmışdılar ki, donub qalıblar.

6 yaşlı oğlan qaçaraq səkidən keçmək istəyib və betonlanmış yerə girib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, betonda sürüşüb yıxılan oğlan duraraq, sanki, heç nə olmayıbmış kimi qaçmağa davam edib.

Olay Meksikanın Yukatan ştatında yaşanıb.

Yaşlı ustalar isə işi yenidən görməli olublar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yenicə işi qurtarmışdılar ki...