Qar iki ölkədə yolları "iflic" etdi - VİDEO - FOTO

10 Yanvar 2019 14:50

Güclü qar yağması nəticəsində Avstriyada və Almaniyada nəqliyyat "iflic" olub.

Milli.Az Daily Mail-ə stinadən bildirir ki, Bavariyada sərnişin qatarı qar içində qalıb. Maşinistlər və sərnişinlər qarı təmizləməyə başlayanda xilasetmə xidməti olay yerinə çatıb.

Almaniyanın Münhen şəhəri ilə Avstriyanın Zalsburq şəhərini birləşdirən şossedə kilometrlərlə uzunluqda tıxac yaranıb.

Sinoptiklərin dediklərinə görə, güclü qar yaxın günlərdə də davam edəcək, havanın temperaturu - 6-dək enəcək.

Son günlər qar Avstriya və Almaniyada 10 nəfərin ölümünə səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qar iki ölkədə yolları