Sudanda etiraz aksiyaları: ölənlər və yaralananlar var

10 Yanvar 2019 08:58

Sudanda keçirilən etiraz aksiyalarında növbəti toqquşmalar olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ərəbdilli "Al Hadath" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, toqquşmalar zamanı 2 nəfər həlak olub, daha 6 nəfər xəsarət alıb.

Sudanda etiraz aksiyaları bir neçə həftə əvvəl başlayıb. Buna səbəb yanacağın, çörəyin, unun qiymətinin bahalaşması və yüksək inflyasiyadır.

İlk olaraq Qedaref və Atbar şəhərlərinin sakinləri bahalaşma əleyhinə küçələrə çıxıblar. Həmin şəhərlərdə fövqəladə vəziyyət elan edilib.

Daha əvvəl bildirilirdi ki, Sudanda ölkənin iqtisadi vəziyyətinin pisləşməsi əleyhinə keçirilən etiraz aksiyalarında 22 nəfər həlak olub.

Milli.Az