İranda ABŞ hərbçisi həbs olundu

10 Yanvar 2019 08:48

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi ABŞ vətəndaşı Maykl Uaytın saxlanıldığını təsdiqləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, XİN rəsmisi ABŞ vətəndaşının İranın şimal-şərqində, Məşhəd şəhərində saxlanıldığını deyib.

"İran Tehrandakı ABŞ Vətəndaşlarının maraqlarının qorunması Ofisi vasitəsilə Birləşmiş Ştatları ilk gündən Amerika vətəndaşının həbsi barədə məlumatlandırıb", - deyə Qasemi vurğulayıb.

"Daha əvvəl "The New York Times" ABŞ-ın Hərbi Hava Qüvvələrinin 46 yaşlı veteranı Maykl Uaytın İran həbsxanasında olduğunu xəbər verib.

Maykl Uayt 2018-ci ilin iyulunda qızına baş çəkmək üçün İrana gəlib. ABŞ-ın Kaliforniya ştatı sakininin nədə ittiham olunduğu məlum deyil.

ABŞ Dövlət Departamentindən bildirilib ki, M.Uaytın xaricdə saxlanılmasından xəbərdardırlar.

Milli.Az