Bakıda iki uşaq kilidli qapı arxasında köməksiz qalıb

10 Yanvar 2019 08:18

Bakıda iki uşaq kilidli qapı arxasında köməksiz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nəsimi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az