Dağıstanda kütləvi zəhərlənmə

10 Yanvar 2019 07:35

Dağıstanda kütləvi zəhərlənmə olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Leninaul kəndinin 60 sakini tibb müəssisələrinə müraciət ediblər.

Onların hamısında kəskin bağırsaq infeksiyası əlamətləri müşahidə olunub.

Nəticədə 15 nəfər, o cümlədən 11 uşağın xəstəxanaya yerləşdirilməsi qərara alınıb. Digərləri isə ambulator müalicə alır.

Hazırda "Rospotrebnadzor" infeksiyanın yayılmasının səbəbini müəyyənləşdirir. İnfeksiyanın su vasitəsi ilə yayıla biləcəyi istisna olunmur.

Milli.Az