Bakı metrosunda problem: qatar tuneldə qaldı - YENİLƏNİB

9 Yanvar 2019 19:54

19:54

Bakıda metroda problem yaranıb.

Milli.Az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu gün saat 19.30 radələrində metronun "H.Aslanov" stansiyasında baş verib:

"Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul edə bilməyib. Bu səbəbdən qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə olub. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür".

----------
19:14

Bakı metrosunda yenə problem yaranıb.

Oxucuların Milli.Az-a verdikləri məlumata görə, bu gün axşam saat təxminən 18.50 radələrində qatar "Xalqlar dostluğu" ilə "Əhmədli" arasında 8 dəqiqə tuneldə qalıb.

"Əhmədli"yə çatdıqdan sonra qatar "Həzi Aslanov" istiqamətində də çox aşağı sürətlə hərəkət edib.

Oxucular iddia edirlər ki, qatar "Xalqlar dostluğu"ndan "Həzi Aslanov" stansiyasına 5 dəqiqəlik məsafəni 15 dəqiqəyə qət edib. 

Milli.Az