Baloğlan Əşrəfov 45 İLLİK SİRRİNİ AÇDI - Ən böyük səhvimi onda etdim - VİDEO

9 Yanvar 2019 18:17

Əməkdar artist Baloğlan Əşrəfov "Şou ATV"də 45 illik sirrinin üstünü açıb.

Milli.Az xəbər verir ki, müğənni illərdir ifasında hər kəsin talış mahnısı kimi tanıdığı "Dilbərim dilbər"in, əslində, fars musiqisi olduğunu bildirib. B.Əşrəfov bu musiqini Teymur Mustafayevin ifasında eşitdiyini, sonra onu talış və Azərbaycan dillərində oxuduğunu boynuna alıb.

Müğənni hətta bu ifasını eşidən mərhum musiqiçi Əhsən Dadaşovun təklifini də xatırladıb.

Əməkdar artist 1974-cü ildə Xalq çalğı alətləri ansamblının rəhbəri, tarzən Əhsən Dadaşovun onunla birgə çalışmaq təklifini qəbul etmədiyini dilə gətirib:

"Zəng edib soruşdu ki, "Oğlum, o mahnını sən oxuyurdun?" Dedim "bəli". Dedi "Sənin səsin, avazın mənim çox xoşuma gəldi. Gəl mənim ansamblımda çalış. Nə lazımdır sənin üçün edəcəm". Həyatımda ən böyük səhvimi onda etdim. İki səhv etmişəm, bu, birincisi idi. Bəzi namərd insanlar məni yolumdan döndərdi. Təklifdən imtina etdim".

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Baloğlan Əşrəfov 45 İLLİK SİRRİNİ AÇDI