Həkim yeni il lotereyasında 7,5 milyon avro udub

9 Yanvar 2019 21:27

Brüsseldə həkim yeni il milli lotereyasının cekpotunu udaraq 7,5 milyon avro qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xoşbəxt qalib həmin vəsaitin bir hissəsini övladlarına ayıracağını və xeyriyyəçiliyə sərf edəcəyini, qalan pulları isə daşınmaz əmlaka və şərab istehsalına yatıracağını bildirib.

Belçika sakinləri üçün Avropanın EuroMillions lotereyası daha düşərli olub. 2018-ci ilin noyabrında o, qalibinə 50 milyon avrodan çox qazandırıb. Ötən ilin avqustunda daha bir belçikalı həmin lotereyada 108 milyon avroya yaxın pul udub. 2016-cı ildə isə Brüssel şəhərinin küçə təmizləyicisi krallıq tarixində ən iri uduşa - 168 milyon avroluq cekpota sahib olmuşdu. 2017-ci ildə digər iki xoşbəxt belçikalı EuroMillions vasitəsilə 153 və 23 milyon avro udmuşdu.

Milli.Az