Benzin doldurmaq istəyən məşhura hücum etdilər

9 Yanvar 2019 17:13

Didem Soydan və Umut Ekerin benzindoldurma məntəqəsində başına iş gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, avtomobilinə benzin vurmaq istəyən Didem və Umuta hücum ediblər. Hadisə günorta saatlarında baş verib. 

VIP avtobusdan düşən bir qrup şəxs iki məşhura hücum edib. Mübahisə sillə-təpik davasına çevrilib. Onlar daha sonra polisə şikayət ediblər. 

Soydan "Böyük təzminat alacam. Məsələyə polis baxır" deyə bildirib. Modellər çəkdikləri zərərin qarşılığının ödənməsini tələb edirlər.

Milli.Az