"Bavariya" dünya çempionunu transfer etdi

9 Yanvar 2019 19:57

"Bavariya" Fransa millisinin üzvü Benjamen Pavarı transfer edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayb. "Bavariya" "Ştutqart"dan transfer etdiyi 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlayıb. 

Pavar 1 iyul 2019-cu ildə yeni klubuna qoşulacaq. "Bavariya"nın bu keçidə görə, "Ştutqart"a 35 milyon avro ödəyəcəyi deyilir.

Qeyd edək ki, Pavar Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olub.

Milli.Az