Qadın xəstəliklərinin ən yaxşı dərmanı - Mioma və kistalardan bu qarışımla azad olun

9 Yanvar 2019 21:51

Qadınların kabusu olan mioma və kistaların ən yaxşı dərmanı şam qozasının ləpələrindən hazırlanır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, uşaqlığın mioması (fibromioma, leyomioma) - uşaqlığın xoşxassəli şişidir. Bu xəstəlik çox geniş yayılıb. Ginekoloji xəstəliklər arasında 12-25 % yer alır. Miomalara əsasən reproduktiv periodun sonunda və ya klimaks dövründə daha çox rast gəlinir.

Yumurtalığın kistası - daxilində maye və ya yarımmaye olan bu kütlə yumurtalıqda inkişaf edir və yumurtalığın həcminin bir neçə dəfə artmasına səbəb olur. 

Şam qozasının ləpələrindən hazırlanan dəmləmə uşaqlıqda yerləşən miomları və yumurtalıq kistlərini aradan qaldırmaq üçün tətbiq edilir. 

Tərkibi və hazırlanması: 

1 stəkan şam ağacı qabıqlı ləpələrinin üzərinə 0,5 litr araq tökün. 2 həftə qaranlıq yerdə saxlayın. Qarışımı tez-tez çalxalayın. 

Qəbulu:
 
Hazır olduqdan sonra qarışımı yeməkdən 30 dəqiqə əvvəl 1 x/q qəbul edin. Müalicə kursunun müddəti 3-6 aydır.
 
Əgər sizin sağlamlıqla bağlı daha ciddi probleminiz və güclü ağrılarınız varsa o zaman yaxşı olardı ki, həkimə müraciət edəsiniz. 

Milli.Az