Qadın voleybolçularımızın rəqibləri müəyyənləşdi

9 Yanvar 2019 20:05

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq komandaların müəyyənləşəcəyi qadın voleybolçular arasında seçmə qrup mərhələsinin püşkü atılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki püşkə əsasən, Azərbaycan millisi D qrupunda Braziliya, Dominikan Respublikası və Kamerunla üz-üzə gələcək.

Qrupun görüşlərinin  avqust-sentyabr aylarında oynanılacağı gözlənilir.

Qeyd edək ki, hər qrupda birinci yeri tutan komandalar Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Milli.Az