"Barselona" müdafiəçi transfer etdi

9 Yanvar 2019 20:45

"Barselona" qış transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Tuluza"nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı müdafiəçi mövsümün sonunda "Barselona"nın heyətinə qatılacaq.

Kataloniya təmsilçisinin Todibo üçün "Tuluza"ya heç bir ödəniş etməyəcəyi bildirilib.

"Barselona" bir müddət əvvəl "Valensiya"nın müdafiəçisi Ceyson Murilyonu icarə əsasında heyətinə qatmışdı.

Milli.Az