CAR-da qatarlar toqquşdu - 3 ölü, 600-dan çox yaralı - FOTO

8 Yanvar 2019 21:58

Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada iki sərnişin qatarının toqquşması nəticəsində yaralananların sayı 604-ə çatıb. Daha öncə 200 nəfərin xəsarət aldığı bildirilirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Xəsarət alanların vəziyyəti yüngüldən ağıradək qiymətləndirilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az